06.12.2020 11:47
419


Fransanın PSJ klubu hücumçusu Kilian Mbappe ilə yeni müqavilə bağlamağa çalışır.
“CEMPİON.AZ” xəbər verir ki, klubun idman direktoru Leonardo tərəflər arasında danışıqların davam etdiyini söyləyib.
Leonardonun sözlərinə görə, bu məsələdə müəyyən məsafə qət edə biliblər: “Danışıqlar davam edir. Klub dialoq istəyir və məncə, Mbappe də bunu istəyir. Gələcəyi barədə daha aydın təsəvvür əldə etməyin vaxtı gəldi. Sakit şəkildə danışırıq, hər şey yaxşı gedir. 10 gün əvvəllə müqayisədə bir neçə addım atmışıq”.
Qeyd edək ki, PSJ-yə 2017-ci ildə “Monako”dan keçən Kilian Mbappenin müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.