06.12.2020 15:28
420


“Çelsi”nin futbolçusu Hakim Ziyex zədələnib.
“CEMPİON.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən gecə Premyer Liqanın 10-cu turunda “Lids”lə matçın 30-cü dəqiqəsində xəsarət alıb.
Ziyex oyuna davam edə bilməyib və əvəzlənib.
Mərakeşli futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, “Çelsi” – “Lids” matçı meydan sahiblərini 3:1 hesablı qələbəsiylə başa çatıb.