çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Nəfəs almaq çətin idi” - Poqba

06.12.2020 18:42 Oxundu 443


“Mançester Yunayted”in futbolçusu Pol Poqba koronavirusa yoluxmasından danışıb.

“CEMPİON.AZ”  “Football 365”ə istinadən xəbər verir ki, avqust  ayında bu infeksiyaya yoluxmuş və sentyabrda sağalan 27 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 10-cu turunda “Vest Hem”lə matçdan sonra açıqlamasında xəstəlikdən sonra formaya düşməyin çətin olduğunu bildirib:

“Qəribə idi. İzah etmək çətindir. Çünki özün də başa düşmürsən. Məşq zamanı məşqçiyə özümü pis hiss etdiyimi demişdim. Nəfəs almaq çətin idi və tez yorulurdum.

Formaya qayıtmağım çox vaxt aldı. Komandaya kömək etək üçün oynamaq və qol vurmaq həqiqətən də yaxşı təsir edir. Ona görə də inanılmaz dərəcədə xoşbəxtəm”.

Qeyd edək ki, Poqba “Vest Hem”lə görüşdə (3:1) fərqlənməyi bacarıb.