06.12.2020 19:34
438


“Barselona”nın futbolçusu Usman Dembele zədələnib.
“CEMPİON.AZ” klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ötən gün La Liqanın 10-cu turunda “Kadis”lə matçda (1:2) bud nahiyəsindən xəsarət alıb.
Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Dembele bu mövsüm 8 matça çıxıb və 1 qol vurub.