çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Kavani və Marsyal zədələndi

06.12.2020 22:59 Oxundu 477


"Mançester Yunayted"in futbolçuları Edinson Kavani və Antoni Marsyal zədələniblər.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, onlar İngiltərə Premyer Liqasının 11-ci turunda "Vest Hem"lə matçda sıradan çıxıblar. Məlumatı klubun baş məşqçisi Ole-Qunnar Sulşer təsdiqləyib.

Hücumçuların Çempionlar Liqasında "Leypsiq" və ölkə çempionatında "Mançester Siti" ilə görüşü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" görüşü qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.