çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

11 tura 13 xal – “Arsenal”dan uğursuzluq

07.12.2020 10:50 Oxundu 455


İngiltərə Premyer Liqasının XI turunda “Tottenhem”lə qarşılaşan “Arsenal” 0:2 hesabı ilə məğlub olub.

“CEMPİON.AZ” xəbər verir ki, Mikel Artetanın yetirmələri 11 turdan sonra 13 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bu, “topçular”ın 1981/82 mövsümündən bəri ən uğursuz startıdır. Komanda axırıncı dəfə 39 il əvvəl ölkə çempionatında 11 turdan sonra 12 xal toplamışdı.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2018-ci ildə “Tottenhem”i məğlub edə bilib. Ondan bəri keçirilən 5 görüşün 2-də heç-heçə qeydə alınıb, 3-də “Tottenhem” qalib gəlib.