çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Pako Alkaser “Qarabağ”a qarşı oynamayacaq

07.12.2020 11:45 Oxundu 541


Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubu bir futbolçusunu itirib.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu Pako Alkaser sıradan çıxıb.

Təcrübəli forvard La Liqanın XII turunda dünən “Elçe” ilə keçirilən qarşılaşmada zədələnib. 0:0 hesabı ilə başa çatan qarşılaşmada fasilədən sonra meydana daxil olan 27 yaşlı oyunçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib. Baş məşqçi Unay Emeri görüşdən sonra Pakonun əvvəlki zədəsinin təzələndiyini deyib. Lakin forvardın sağalma prosesi ilə bağlı hər hansı bir məlumat verilməyib.

Qeyd edək ki, “Vilyarreal” - “Qarabağ” oyunu Avropa Liqasının son turu çərçivəsində dekabrın 10-da keçiriləcək.