çərşənbə axşamı, 19 avqust 2025

DİGƏR NÖVLƏR

Floyd Meyvezer geri dönür

07.12.2020 12:56 Oxundu 572


Peşəkar boksun əfsanəsi Floyd Meyvezer rinqə qayıtmaq qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 43 yaşlı məğlubiyyətsiz dünya çempionu xüsusi döyüşə çıxacaq.

Amerikalı döyüşçü yutuber Loqan Polla qarşılaşacağını açıqlayıb. Meyvezer yutubda 22 milyondan çox izləyicisi olan 25 yaşlı Polla sosial mediada bir müddətdir qarşılıqlı ittihamlar səsləndirirlər. Onlar arasında görüş 2021-ci ilin fevralında baş tutacaq.

Qeyd edək ki, Loqan Polun qardaşı Cek Pol ötən həftə NBA basketbolçusu Nate Robinsonla rinqdə qarşılaşıb və rəqibini məğlub edib.