cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

“Real” və “Liverpul”un hədəfində

07.12.2020 13:41 Oxundu 541


İspaniyanın “Sevilya” klubunun qapıçısı Alfonso Pastor Avropa nəhənglərinin maraq dairəsindədir.

“CEMPİON.AZ” xəbər verir ki, İngiltərə “Liverpul”u və İspaniya “Real”ı qolkiperi heyətində görmək istəyir.

Hər iki klub Pastorun keçidini qış transfer dövründə reallaşdırmağı planlaşdırır. Qapıçının qiymətinin ucuz olması da nəhənglərin ürəyincədir. Pastorun transfer məbləği təxminən 200 min avro ilə dəyərləndirilir.