çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Çelsi” yeni qapıçı alır

07.12.2020 14:45 Oxundu 509


İngiltərənin “Çelsi” klubu yeni qapıçı transfer edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, London təmsilçisi İtaliyanın “Udineze” klubunun qolkiperi Xuan Mussonu heyətinə qatmağa hazırlaşır.

Argentinalı futbolunu hələ yayda transfer etməyi planlaşdıran Premyer Liqa təmsilçisi istəyini qışda reallaşdırmağa yaxındır. A seriyası təmsilçisi qolkiperi 30 milyon avroya satmaq niyyətindədir. Futbolçunun agenti də Mussonun top komandaya keçmək fikrində olduğunu bəyan edib.