çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Arsenal”ın təklifini qəbul etmir

07.12.2020 15:11 Oxundu 437


Uğursuzluq zolağından çıxmağı bacarmayan İngiltərənin “Arsenal” klubu sabiq baş məşqçisi Arsen Vengeri qaytarmağa cəhd edib.

“CEMPİON.AZ” xəbər verir ki, London təmsilçisinin baş direktoru Vinay Venkateşam fransalı mütəxəssislə görüşüb.

Klub rəsmisi Vengerə geri dönməyi təklif edib və qayıdışına şad olacaqlarını bildirib. Lakin mütəxəssis bu təklifə müsbət yanaşmayıb. Fransalının əhatəsi isə onun heç “Arsenal”ın oyununu izləməyə belə getməyəcəyini açıqlayıb.

Qeyd edək ki, bir müddət Venger baş məşqçi karyerasını bərpa etmək istədiyini açıqlayıb.