07.12.2020 16:52
392

“Milan”ın idman direktoru Frederik Massara futbolçu Zlatan İbrahimoviçlə müqaviləni uzadacaqları barədə yayılan xəbərlərə münasibət bildirib.
“CEMPİON.AZ” xəbər verir ki, o, hələlik bu barədə danışıqlar aparmadıqlarını bildirib:
“Hələ bu barədə danışıqlara başlamamışıq. Lazımı vaxtda edəcəyik. Həm də bu, İbrahimoviçin də istəyindən asılı olacaq. O, “Milan”da qalmaq istədiyini göstərdi. Məncə, İbrahimoviç komandaya çox şey verdi”.
Qeyd edək ki, İbrahimoviçin klubla hazırkı sözləşməsinin müddəti mövsümün sonuna qədərdir.