cümə axşamı, 26 mart 2026

DÜNYA FUTBOLU

“Bavariya” London klubu ilə danışıqlar aparır

07.12.2020 17:16 Oxundu 503


“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi karyerasını “Bavariya”da davam etdirə bilər.

“CEMPİON.AZ” “Atletik”ə istinadən xəbər verir ki, Münhen təmsilşisi 20 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində icarəyə götürmək istəyir. Bundesliqa klubunun artıq “zadəganlar”la danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, Odoi bu mövsüm 5 matça çıxaraq, 1 qol vurub və 1 qolun ötürməsini verib.