çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Levandovski ilin ən yaxşısı seçildi

07.12.2020 19:45 Oxundu 406


Polşa millisinin və Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

“CEMPİON.AZ” xəbər verir ki, forvard “FourFourTwo” nəşrinin keçirdiyi sorğunun qalibi olub.

101 ölkənin hərəsindən bir jurnalistin qatıldığı səsvermədə Robert hamını qabaqlayıb. 2020-ci ildə “Bavariya” ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.

Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri adına yiyələnib.