çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Modriç “Real”da qalır

07.12.2020 20:52 Oxundu 423


İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçlə müqaviləni uzadacaq.

“CEMPİON.AZ” xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı yarımmüdafiəçini heyətində saxlamağı lazım bilib.

35 yaşlı futbolçu ilə danışıqlar aparan madridlilər 2 illik anlaşma imzalanmasını planlaşdırır. Müqaviləsi gələn ilin yayında başa çatacaq Luka yeni anlaşmaya əsasən 2023-cü ilədək “Kral klubu”nda qalacaq.

Qeyd edək ki, Luka cari mövsüm La Liqada 11 oyunda 1 qol vurub.