çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Balotelli B seriyasında

07.12.2020 21:39 Oxundu 446


İtaliyalı hücumçu Mario Balotellinin yeni klubu müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, qalmaqallı forvard “Montsa” ilə müqavilə imzalayacaq.

Misir və Braziliya klublarına keçidi də gündəmdə olan Balotelli İtaliyada qalmağa üstünlük verib. Hazırda tibbi müayinədən keçən futbolçu yeni komandası ilə müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Montsa” İtaliyanın B seriyasında mübarizə aparır.