07.12.2020 23:11
453


"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil müqaviləsi bitmədən London klubundan ayrılmaqdan imtina edib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, türkəsilli alman futbolçunun qış transfer dövründə "Arsenal"ı tərk etmək fikri yoxdur.
Xatırladaq ki, 31 yaşlı oyunçu bu mövsüm "Arsenal"ın turnirlər üçün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Özil 2013-cü ildən bəri "Arsenal" da oynayır. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayı başa çatır.