07.12.2020 22:28
448


Millimizin futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə mərhələsində püşkü dəyərləndirib.
“CEMPİON.AZ” xəbər verir ki, "Sabah"ın 24 yaşlı hücumçusu rəqibləri münasib sayıb: "Tamamilə normal qrupdur. Yalnız bir şeyi istərdin ki, qrupumuzda 6 komanda olardı. Əlbəttə, Ronaldoya qarşı oynamaq böyük motivasiyadır".
Maraqlıdır, millimiz bu qrupda nəyə ümid edə bilər, hansı yerlər uğrunda mübarizə apara bilər? Ümumiyyətlə, hədəf nə olmalıdır? Şeydayevi dinləyək: "Milli komandamızın məqsədi ən yüksəkdir. Turnirin startınadək hələ vaxtımız var. İndiki vəziyyətdə hələ ki heç nə ehtimal etmək istəmirsən"
Qeyd edək ki, millimiz Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə A qrupunda yer alıb.