çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

“Qrupda şansımız ola bilər" - De Byazi

08.12.2020 08:33 Oxundu 459

 Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.

“CEMPİON.AZ” AFFA-nın saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis açıqlamasında bunları deyib:

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.