çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Poqba “Mançester Yunayted”dən gedir

08.12.2020 13:16 Oxundu 439


Fransa millisinin futbolçusu Pol Poqba İtaliya A seriyasına qayıda bilər.

“CEMPİON.AZ”  xəbər verir ki, bunu yarımmüdafiəçinin agenti Mino Rayola açıqlayıb.

O bildirib ki, hazırda İngiltərə “Mançester Yunayted”ində çıxış edən Poqbanın əvvəllər də şərəfini qoruduğu “Yuventus” keçidi gözlənilir. Az əvvəl Premyer Liqa təmsilçisi ilə müqaviləni uzatmayacaqlarını açıqlayan Rayola Turin klubu ilə danışıqlar aparmaq niyyətindədir.