bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Benfika”nın futbolçusunu istəyir

08.12.2020 14:24 Oxundu 447


İspaniyanın “Barselona” klubunun transfer siyahısındakı daha bir futbolçunun adı bəlli olub.

“CEMPİON.AZ” xəbər verir ki, La Liqa təmsilçisi Darvin Nunyesi heyətinə qatmaq istəyir.

Portuqaliyanın “Benfika” klubunun 21 yaşlı hücumçusu barselonalıların ön xəttini gücləndirəcək. Klubun idman direktoru Ramon Planes futbolçunu izləmək üçün Lissabona yollanıb.

Qeyd edək ki, “Barselona” yayda futbolçu “Almeriya”da oynadığı vaxt da onunla maraqlanırdı. Həmin vaxt “Benfika”ya keçən uruqvaylının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.