bazar, 24 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın oyununda ukraynalı hakimlər

08.12.2020 14:58 Oxundu 505


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Vilyarreal” klubu ilə keçirəcəyi son matçın hakimləri müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA oyuna Ukraynadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Vilyarrealda baş tutacaq qarşılaşmada Mikola Balakin ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Andrey Skripka və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da “De La Seramika” stadionunda keçiriləcək “Vilyarreal” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.