bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Bavariya”nın qapıçısı ən yaxşı seçildi

08.12.2020 15:42 Oxundu 449


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, Almaniya millisinin və "Bavariya"nın qolkiperi dünyanın ən yaxşısı seçilib. O, karyerasında 5-ci dəfə İFFHS-in bu titulunu almağı bacaran 3-cü qapıçı olub. Bundan əvvəl bu ada 5 dəfə İker Kasilyas (2008, 2009, 2010, 2011, 2012) və Canluici Buffon (2003, 2004, 2006, 2007, 2017) layiq görülüb.

Qeyd edək ki, Noyer ötən mövsüm "Bavariya" ilə bütün ölkə kuboklarını (Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku), eyni zamanda Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Xatırladaq ki, Noyer bundan əvvəl, 2013, 2014, 2015 və 2016-cı illərdə ən  yaxşı seçilib.