bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Atletiko”nun keçmiş futbolçusu karyerasını sonlandırdı

08.12.2020 19:29 Oxundu 420


Kolumbiya millisinin və “Atletiko”nun sabiq futbolçusu Cekson Martines karyerasını bitirib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə  34 yaşlı hücumçu özünün "İnstaqram" hesabında yazıb. O, zədəsini sağalda bilmədiyi üçün belə addım atdığını bildirib:

“Peşəkar futbolçu kimi karyeramı bitirməyə qərar verdiyimi sizə demək istəyirəm. Bu, həm çətin, həm də ən ağıllı qərardır.

2015/16-cı illər mövsümündə ayaq biləyimi zədələdikdən sonra yenidən meydana qayıtmaq üçün çalışmağa başladım. 2 il sonra qayıtsam da, bu cür oynamaq mənim üçün çətin idi".

Qeyd edək ki, Martinesin son klubu  “Portimononse” (Portuqaliya) olub. O, zədə səbəbindən bu mövsüm oyuna çıxmayıb. Martines Portuqaliya təmsilçisində ötən mövsüm 24 matçda 1 qol vurub.