bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Gənc futbolçu “Real”a keçmək istəyir

08.12.2020 16:50 Oxundu 555


Fransanın “Renn” klubunun futbolçusu Eduardo Kamavinqa iş yerini dəyişmək qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi İspaniyaya köçməyə hazırdır.

Kamavinqa menecerini bununla bağlı artıq təlimatlandırıb. O, karyerasını “Real”da davam etdirmək niyyətindədir. “Renn” rəhbərliyi də 2022-ci ilin yayına qədər olan müqavilə müddətini uzatmayan futbolçusunu mövsümün sonunda sataraq, 50-80 milyon avro aralığında gəlir götürmək istəyir.

Qeyd edək ki, 2019-cu ildən “Renn”in əsas komandasında çıxış edən Eduardo Kamavinqa cari mövsüm 11 oyun keçirib, 1 qol vurub.