şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Xavi Martines ilin sonunadək oynamayacaq

08.12.2020 17:19 Oxundu 437

 “Bavariya”nın futbolçusu Xavi Martines zədələnib.

“CEMPİON.AZ” “Bild”ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Bundesliqanın 10-cu turunda “Leyptsiq”lə matçda (3:3) xəsarət alıb. Onun əzələsində yırtıq aşkarlanıb. İspaniyalı oyunçunun ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Martines bu mövsüm Almaniya çempionatında 8 matça çıxıb.