bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Komandalar nə qədər qazanacaqlar

08.12.2020 20:25 Oxundu 410


2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, FİFA iki il sonrakı mundial üçün 700 milyon dollar ayıracaq.

Bu məbləğ 2018-ci ildə Rusiyada baş tutan mundialla müqayisədə 22 faiz çoxdur. Turnirə vəsiqə qazanacaq hər iştirakçıya 12 milyon dollar ödəniləcək. Bu məbləğin 10 milyonu iştiraka görə, 2 milyonu isə bonus olaraq veriləcək.

1/8 final iştirakçıları büdcələrinə əlavə 2, 1/4 final görənlər daha 6 milyon dollar qazandıracaqlar. Yarımfinala vəsiqə 25 milyon dollarlıq gəlirlə ölçüləcək. Mundialda bürünc mükafatçının qazancı 30 milyon olacaqsa, finalçı 40, çempion isə 50 milyon dollara sahib çıxacaq. Oyunçu sığortası və klub təzminatı üçün təyin olunan məbləğ daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.