08.12.2020 23:26
426

“Liverpul” futbolçusu Corcinyo Veynaldumla müqaviləni uzatmağı planlaşdırır.
“CEMPİON.AZ” İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu niderlandlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
Tərəflər arasında danışıqların uğurla getdiyi bildirilir. Bunu komandanın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib: “Onunla çox yaxşı münasətimiz var. Ümid edirəm ki, yeni müqavilə tezliklə imzalanar”.
Qeyd edək ki, 30 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onunla "Barselona"nın maraqlandığı bildirilir.