şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

“Barselona”nın uğur seriyası qırıldı

09.12.2020 14:39 Oxundu 411


İspaniyanın “Barselona” klubunun uğurlu seriyası qırılıb.

“CEMPİON.AZ” xəbər verir ki, Ronald Kumanın yetirmələri Çempionlar Liqasında qrup mərhələsini 2-ci yerdə başa vurub.

Bu, son 14 ildə ilk belə hadisədir. Belə ki, “Barselona” son illərdə daim qrup birincisi kimi 1/8 finala yüksəlib. İspaniya klubunun sonuncu dəfə ikinci yeri tutması 2006/07 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda 6 oyunda 11 xal toplayıb. Qrup mərhələsində hegemonluq ənənəsi sona çatan barselonalıları qabaqlayan sonuncu komanda “Çelsi” olmuşdu.