bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Millimizin rəqibləri bilindi

09.12.2020 15:12 Oxundu 413


17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan milli komandası 3-cü qrupda mübarizə aparacaq.

Yığmamız Belçika, Norveç və Lüksemburqla üz-üzə gələcək. Seçmə mərhələnin bu qrupunun ev sahibi hələ dəqiqləşməyib. Oyunlar gələn il iyulun 1-dən noyabrın 16-na qədər olan müddətdə keçiriləcək.

13 qrupun hərəsində ilk 2 pillənin sahibi və 3-cü yer sahiblərindən ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda yüksələcək. Niderlandla İspaniya birbaşa elit-raunda qoşulacaq.

Qeyd edək ki, final mərhələsi 2022-ci ilin mayında İsraildə keçiriləcək.