bazar, 24 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”dan müraciət

09.12.2020 16:14 Oxundu 423


Avropa Liqasının qrup mərhələsində dekabrın 10-da keçirilməli olan “Vilyarreal” – “Qarabağ” oyunu ilə bağlı Ağdam klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

“CEMPİON.AZ” AFFA-nın saytına istinadən xəbər verir ki, müraciətdə “Qarabağ”ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcəyi və göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı qeyd olunub.

Məsələ ilə bağlı yekun qərar UEFA tərəfindən veriləcək.