09.12.2020 16:43
424
424

Almaniyanın “Bavariya” klubu “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq istəyir.
“CEMPİON.AZ” xəbər verir ki, Münhen təmsilçisi İspaniya klubunun idarəetmə sistemində yaranan problemlərdən yararlanmaq istəyir.
“Bavariya” hazırda qiyməti 70 milyon avro ilə dəyərləndirilən niderlandlını daha ucuz almağa ümidlidir. Barselonalılarla müqaviləsi 2026-cı ilə başa çatacaq de Yonqun keçidi baş tutsa, bu, “Bavariya”nın yarımmüdafiə xəttini daha da gücləndirməlidir.
Qeyd edək ki, 2019-cu ildə İspaniya klubuna keçən Frenki cari mövsümdə 15 matça çıxıb.