bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Messi üçün uğursuz gün

09.12.2020 17:51 Oxundu 417


“Barselona”nın kapitanı Lionel Messi Çempionlar Liqasının  qrup mərhələsinin 6-cı turunda “Yuventus”la matçda uğursuz statistika ilə yadda qalıb.

“CEMPİON.AZ” “Opta”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun qapıya vurduğu zərbələrdən 7-si çərçivəyə yönəlib. Lakin onlardan heç biri qolla nəticələnməyib. Canluicci Buffon bütün zərbələri dəf edib.

2003/04-cü illər mövsümündən sonra turnirdə belə göstərici qeydə alınmayıb.

Qeyd edək ki, sözügedən matç "Yuventus"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.