bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Qırmızı vərəqəsi ləğv edildi

09.12.2020 18:21 Oxundu 417

 UEFA Çempionlar Liqasının qrup mərhələsində bu günə təxirə salınan PSJ – “Başakşəhər” oyunu ilə bağlı daha bir qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, qitə futbol qurumu dünən yarımçıq dayandırılan görüşdə qırmızı vərəqə alan Türkiyə klubunun köməkçi-məşqçisi Pyerr Vebonun cəzasını ləğv edib.

Ehtiyat hakimin irqçi ifadəsinə kəskin etirazına görə texniki zonadan qovulan kamerunlu mütəxəssislə bağlı klubunun etirazı qəbul olunub. 38 yaşlı məşqçi bu gün davam etdiriləcək görüşdə məşqçilər korpusunun tərkibində yer alacaq.

Qeyd edək ki, dünən keçirilən oyun 14-cü dəqiqədə dayandırılıb. Qarşılaşma bu gün hakimlər komitəsinin tam tərkibdə dəyişdirilməsi ilə davam etdiriləcək. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.