bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

ÇL-də həftənin ən yaxşıları?

10.12.2020 11:51 Oxundu 452

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA qrup mərhələsinin son turunda fərqlənən 4 futbolçunu müəyyənləşdirib.
Bunlar Neymar (PSJ), Yussef en-Nesiri (“Sevilya”), Kərim Benzema (“Real”) və Anatoli Trubindir (“Şaxtyor” Donetsk). Trubin 4 seyvlə komandasına xal qazandırıbsa, Benzema və en-Nesiri dubl, Neymar isə het-triklə klubunu qələbəyə daşıyıb.

Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq.