bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Messi, Ronaldo, Neymar – İlk üçlük belədir

10.12.2020 17:29 Oxundu 502

2020-ci ildə ən çox pul qazanan futbolçuların siyahısı açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi başa çatmaqda olan il ərzində hamıdan çox qazanc əldə edib.
Argentinalı superulduz 126 milyon avro ilə zirvədə qərarlaşıb. İkinci sırada yer alan İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo həmkarından 9 milyon avro az qazanıb. İlk “üçlüy”ü 96 milyon avro ilə Fransa təmsilçisi PSJ-nin hücumçusu Neymar qapayıb.

2020-ci ildə ən çox qazanc əldə edən futbolçular:

1. Lionel Messi – 126 milyon avro
2. Kriştianu Ronaldo – 117 milyon
3. Neymar – 96 milyon
4. Kilian Mbappe – 42 milyon
5. Məhəmməd Salah – 37 milyon
6. Pol Poqba – 34 milyon
7. Antuan Qrizmann – 33 milyon
8. Qaret Beyl – 29 milyon
9. Robert Levandovski – 28 milyon
10. David De Xea – 27 milyon