bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Seçkilərdə qalib gəlsəm” - "Barselona" prezidentliyinə namizəd

10.12.2020 21:04 Oxundu 460
 
"Barselona" prezidentliyinə namizəd Jordi Farre Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin komandadakı gələcəyindən danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, o, bununla bağlı "Onda Cero"ya  açıqlamasında deyib:
"Messi ilə ailəsinin "Barselona"da qalmaq istədiklərini bilirəm. Bunun üzərində işləyəcəyik. Seçkilərdə qalib gəlsəm, Messi klubla müqaviləsini uzadacaq. Bu, avtomatik olaraq 25 yanvarda baş verəcək".

Qeyd edək ki, Messi  ötən yay "Barselona"nı tərk etmək istəyib. Argentinalı hücumçunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.