10.12.2020 21:41
434


Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba gələcək karyerası ilə bağlı seçim edib.
“CEMPİON.AZ” xəbər verir ki, avstriyalı müdafiəçi agenti Pini Zahavi ilə birlikdə keçə biləcəyi 4 klubu müəyyənləşdirib.
Futbolçunun keçidi ilə bağlı danışıqlar da məhz bu klublarla aparılacaq. Zahavi “Real”, “Barselona”, “Çelsi” və PSJ ilə danışıqlar masasına əyləşəcək.
Qeyd edək ki, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Alaba azad agent statusu alacaq.