10.12.2020 23:22
491


İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadrado ilə bağlı qərarını verib.
“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi kolumbiyalı vingeri heyətində saxlamaq niyyətindədir.
Turinlilər 32 yaşlı futbolçunu ən azı müqavilə müddətinin sonunadək komandada görmək istəyir. Kuadradonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Xuan cari mövsümdə 14 matça çıxıb və 8 qol ötürməsi verib.