çərşənbə, 20 avqust 2025

DÜNYA FUTBOLU

“Qəsdən edilmiş hərəkətdir- Sivasspor”un prezidenti

11.12.2020 11:42 Oxundu 549

 Avropa Liqasının qrup mərhələsinin VI turunda İsrail klubu “Makkabi” (Təl-Əviv) ilə səfərdə qarşılaşan Türkiyə təmsilçisi “Sivasspor”un Türkiyəyə dönüşü təyin olunan vaxtda baş tutmayıb.

“CEMPİON.AZ” xəbər verir ki, klubu 2 saat İsraildəki hava limanında saxlayan nümayəndələr bunu sistemin bağlanması ilə əsaslandırıblar.

Yalnız səhər saatlarında Türkiyəyə qayıtmağa nail olan “Sivasspor”da prezident Məcnun Otyakmaz baş verənləri biabırçılıq adlandırıb: “Qəsdən edilmiş hərəkətdir. Bizə əziyyət vermək istədilər. Biz qonaqpərvər xalqıq. Ancaq bundan sonra bizə qarşı necə davranılırsa, eyni cavabı almalıdırlar. Bu hərəkətlərindən vaz keçmələri üçün onların basketbol və futbol komandalarına qarşı da eyni münasibəti göstərməliyik. Bizi lağa qoyan şəkildə üzr istəyirlər”.

Qeyd edək ki, “Sivasspor” “Makkabi”yə 0:1 hesabı ilə məğlub olaraq, Avropa Liqası ilə vidalaşıb.