bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“Milan” 1993-cü ildən sonra ilk dəfə

11.12.2020 12:19 Oxundu 447

İtaliyanın “Milan” klubu səfərdəki məğlubiyyətsizlik seriyasını 18-ə çatdırıb.

“CEMPİON.AZ” xəbər verir ki, Milanın eyniadlı təmsilçisi Avropa Liqasının qrup mərhələsinin VI turunda Çexiya “Sparta”sı üzərində 1:0 hesablı qələbə ilə son 27 ildə özünün yeni rekorduna imza atıb.

Stefano Piolinin başçılıq etdiyi komanda 1993-cü ildən sonra heç vaxt belə uğurlu seriyaya nail olmayıb. Həmin vaxt “Milan” ardıcıl 20 səfər oyununda uduzmayıb.

Qeyd edək ki, “rossonyeri” 2020-ci ildə daha iki səfər matçına çıxacaq. A seriyasının “Cenoa” və “Sassuolo” ilə görüşlərində uduzmasa, milanlılar 1993-cü ilin rekordunu da təkrarlayacaq.