bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Türkiyə gerilədi

11.12.2020 12:52 Oxundu 435
 

Türkiyə Super Liqasında 2021/22 mövsümünün çempionu növbəti il Çempionlar Liqasında (ÇL) birbaşa qrup mərhələsindən yarışa qoşula bilməyəcək.

“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb Türkiyə klublarının avrokuboklarda topladığı xal sayının az olmasıdır.

Çempionlar Liqasında yer aldığı qrupda sonuncu yeri tutan “Başakşəhər”in ardından “Sivasspor” da Avropa Liqasında (AL) mübarizəni erkən dayandırıb. Bununla UEFA reytinqində 13-cü pilləyə düşən Türkiyə 2022/23 mövsümündə ÇL-in birbaşa qrupuna komanda göndərə bilməyəcək. Həm Super Liqa çempionu, həm də AL-ə vəsiqə əldə edəcək komandalar qrupa düşmək üçün təsnifat mərhələsində mübarizə aparacaq.

Bu mövsüm Çempionlar Liqasını qazanacaq komanda ölkə çempionatından ÇL-ə vəsiqə qazanmasa, Türkiyə çempionu növbəti mövsüm də seçmə mərhələdə gücünü sınamalı olacaq.