şənbə, 27 dekabr 2025

BİZİM FUTBOL

1 pillə gerilədi

11.12.2020 13:16 Oxundu 497

 Avrokubokların qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, VI turun 40 oyunundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Avropanın ən yaxşı 100 komandası sırasında yer alan yeganə Azərbaycanın təmsilçisi “Qarabağ”ın mövqeyi də dəyişib. İspaniya “Vilyarreal”ı ilə Avropa Liqasının oyununa getmədiyi üçün xal qazanmayan Ağdam klubunun hesabında 21,000 xal qalıb.

Qurban Qurbanovun yetirmələri 67-70-ci yerləri bölüşür. Ötən həftə 66-68-ci yerlərə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə şərik olan “Qarabağ” yenə 1 pillə geriləyib.

Aktivini 22,000 xala çatdıran “Hoffenhaym” 64-cü yerə sıçrayaraq təmsilçimizi arxada qoyub. Bir komandanı önə buraxan Azərbaycan çempionunun şərikləri də artıb. Avstriya LASK-ı “Qarabağ”a çatıb.
Qeyd edək ki, reytinqə 127,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.