şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Futbolçuya 9 illik həbs cəzası verildi

11.12.2020 14:41 Oxundu 473


Braziliya millisinin sabiq futbolçusu Robinyonun appelyasiya şikayəti rədd edilib.

“CEMPİON.AZ” "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, İtaliya Apellyasiya Məhkəmsi zorlamada iştiraka görə braziliyalı hücumçuya verilmiş 9 illik həbs cəzasını təsdiqləyib.

36 yaşlı hücumçunun kassasiya şikayəti verəcəyi bildirilib. Qərarın məhz bu səbəbdən qüvvəyə minmədiyi qeyd olunub.

Qeyd edək ki, Robinyo və daha 5 şəxs 22 yaşlı alban qıza  təcavüz etməkdə şübhəli bilindiyi üçün onlar haqqında 9 illik həbs qərarı verilib.