bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

PSJ-nin maraq darəsinə düşdü

11.12.2020 15:51 Oxundu 440

 Fransanın PSJ klubu yenidən İngiltərə təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Dele Alliyə elçi düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, parislilər ulduz futbolçunu qış fasiləsində heyətinə qatmağın planlarını qurur.
Mövsümün əvvəlində “Tottenhem”lə danışığı uğursuz nəticələnən PSJ rəhbərliyi bu dəfə 24 yaşlı orta sahə oyunçusunu icarəyə götürmək niyyətindədir. Razılıq əldə olunarsa, müqaviləyə mövsümün sonunda birdəfəlik transfer etmək maddəsi də qoyulacaq. Oyunçunun Premyer Liqa təmsilçisində əsas heyətdəki yerini itirdiyini nəzərə alsaq, keçidin reallaşması istisna olunmur.

Qeyd edək ki, Dele Alli 2015-ci ildən “Tottenhem”in formasını geyinir.