bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Kluba sanksiya tətbiq edildi

11.12.2020 16:53 Oxundu 432

 ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistan Prezidenti Ramzan Kadırova yaxınlığı ilə tanınan idman klublarına sanksiya tətbiq edib.

“CEMPİON.AZ” Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi açıqlamada qərara səbəb kimi Çeçenistanda insan haqlarının pozulması göstərilib.

Bu səbəbdən Maliyyə Nazirliyi Kadırovun qeyri-rəsmi sahibi olduğu “Absolute Championship Akhmat” döyüş promouşn, “Axmat” döyüş klubu və “Axmat Qroznı” futbol klubunu sanksiya siyasısına salıb.

Qeyd edək ki, ilk iki klubun ABŞ-dakı idman qurumları ilə müəyyən əməkdaşlıqları var. Futbol klubu isə Avropa zonasında yarışdığından ABŞ-da hər hansı münasibət qurmayıb.
Ramzan Kadırov Maliyyə Nazirliyinin bu qərarını “axmaqlıq” adlandırıb.