bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Millimiz rəqiblərini ölkə xaricində qarşılayacaq

11.12.2020 17:16 Oxundu 433


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, komandamız matçlarını Lüksemburqda oynayacaq.

U-19 yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.