bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Həftənin oyunçusu

11.12.2020 19:39 Oxundu 449

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

“CEMPİON.AZ" xəbər verir ki, qrup mərhələsinin VI turunun ən yaxşısı Neymar seçilib.
Fransanın PSJ klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Neymar VI turun “Başakşəhər”lə (Türkiyə) qarşılaşmasında het-trikə imza ataraq, 5:1 hesablı qələbənin memarı olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər Yussef en-Nesiri (“Sevilya”), Kərim Benzema (“Real”) və Anatoli Trubin (“Şaxtyor” Donetsk) olub.