bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

İsko “İnter”ə keçə bilər

11.12.2020 22:19 Oxundu 435


“Real”ın futbolçusu İskonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

“CEMPİON.AZ”  “El Chiringuito TV”yə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılmaq istəyir. Lakin futbolçuya transfer təklifi gəlməyib.

“Kral klubu” isə ispaniyalı oyunçunu 60-70 milyon avroya satmağa hazırdır.

Həmçinin İskonun Kristian Eriksenin əvəzində “İnter”ə keçə biləcəyi də qeyd olunub.

Xatırladaq ki, 2013-cü ildən “Real”da çıxış edən İskonun klubla hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.