bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

“UEFA-nın necə qərar verəcəyini gözləyirik”: Emeri

11.12.2020 21:22 Oxundu 400

 “Qarabağ”la matçı oynamaq daha yaxşı olardı”.

“CEMPİON.AZ”  “infobae.com”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal”ın baş məşqçisi Unay Emeri deyib. O, 6-cı turda Ağdam təmsilçisi ilə keçirməli olduqları səfər oyununun təxirə salınmasına belə münasibət bildirib:

“Bu, çox tələbkar bir rəqabətdir. Çünki böyük komandalar oynayıb, qazanmağı istəyirlər. Qrup mərhələsini oyuna çıxaraq bağlamaq istəyərdik. İndi isə UEFA-nın necə qərar verəcəyini gözləyirik”.

Qeyd edək ki, ötən gün keçirilməli olan “Qarabağ” – “Vilyarreal” görüşü təmsilçimizin 13 futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.